Ölkə

Biyan balının süzümü aparılır - Bu il məhsul boldur - VİDEO

11 İyul 2022 13:45
0 Şərh     Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dadı dillər əzbəri, özü isə min bir dərdin dərmanı olan biyanın çiçəyindən alınan balın süzümü aparılır. Təsərrüfatçılar bu il məhsulun bolluğuna sevinirlər

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, Saatlıda biyan balının süzümü aparılır. Kadrlar rayonun Sımada kəndindəndir. İllərdir ömrünü bu sahəyə həsr edən Ehtiram Məmmədov deyir ki, bu il bol məhsul boldur.

60 arı ailəsi olan Ehtiram Məmmədovun sözlərinə görə sırf biyan balının istehsalı ilə məşğuldur. Peşəkar arıçı hesab edir ki, biyanın gülündən çəkilən balın böyük müalicəvi əhəmiyyəti var. 

Təsərrüfat sahibi qeyd edir ki, pandemiyadan sonra yaponiyalı sahibkarlarla əlaqəsi kəsilib. Ona görə də məhsul pərakəndə şəkildə satılır.

Qeyd edək ki, biyan balının süzülməsi hələ bir müddət davam edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.