Ölkə

Rusiyada azərbaycanlı adının "qəribəliyinə" görə saxlanılıb

29 May 2022 18:52
3 Şərh     Baxış: 3 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxtı Moskvanın hava limanında "Ya Zamir" ("Я Замир", tərc.: Mən Zamirəm-red) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalist Viktor Şenderoviç feysbuk hesabında yazıb.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış ("Я за мир", tərc.: "Mən sülh tərəfdarıyam") kimi başa düşdüyü üçün saxlayıb. Saxlanılan azərbaycanlının adının Zamir olması müəyyən ediləndən sonra o, sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.