Ölkə

Pensiya alanların NƏZƏRİNƏ: Aprel ayı üzrə...

16 Aprel 2022 15:33
0 Şərh     Baxış: 2 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda aprel ayı üzrə bütün pensiya ödənişləri başa çatdırılıb

Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat verib.

Aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyalarının, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyaların ödənişi başa çatıb. 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın II rüb üzrə ödəniləcək hissəsi (50 manat) da aprel ayının pensiyasının üzərinə əlavə olunub. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.