Ölkə

Bu il yol qəzalarında 183 nəfər ölüb, 373 nəfər xəsarət alıb

8 Aprel 2022 11:12
0 Şərh     Baxış: 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin 2022-ci ilin ilk 3 ayı ərzində qeydə alınmış yol qəzaları ilə bağlı statistik məlumatında deyilir.

Xəbərə görə, nəticədə 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 27 (+7,2%) fakt, ölənlərin sayı 58 (+46,4%), yaralananların sayı isə 3 (+0,8%) nəfər artıb.

Aparılan təhlillər göstərir ki, 392 (97,3%) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 / 2,2%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 40,3%-i, başqa sözlə 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 33,4%-i isə, yəni 131-i qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.

Yol-nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurma (187 / 46,4% - 81 nəfər həlak olub, 121 nəfər xəsarət alıb) və toqquşma (129 / 32,0% - 64 nəfər həlak olub, 150 nəfər xəsarət alıb) halları yenə də üstünlük təşkil edib.

Yol qəzalarında həlak olan 183 nəfərdən (yaşı 16-dək olan 9 nəfər, qadınlar 44 nəfər) 83-ü piyada, 46-ı sürücü, 53-ü sərnişin, 1-i isə digər hərəkət iştirakçısı olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.