Ölkə

Son sutkada 10 minə yaxın insana peyvənd vurulub

3 Aprel 2022 16:35
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus əleyhinə 9 818 vaksin vurulub.

Bu barədə Milli.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 811, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 848, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 594, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 565 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 491 577, birinci doza peyvəndlərin ümumi sayı 5 3327 175, ikinci doza vaksinlərin sayı 4 827 901 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 106 035, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı isə 230 466 olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.