Ölkə

Bakıda kişi arvadını öldürdü, qaynı və qaynanasını bıçaqladı

28 Fevral 2022 10:42
0 Şərh     Baxış: 2 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda kişi arvadını qətlə yetirib.

Xətai Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, hadisə fevralın 25-i Xətai rayonu ərazisində baş verib .

1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib, nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.