Ölkə

Türkiyədən Azərbaycana həkim briqadası gəldi - FOTO

25 Fevral 2022 12:28
0 Şərh     Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 24-ü Türkiyənin ən böyük xəstəxanalarından olan "VM Medikal Park" xəstəxanasının tibbi heyətinin həkim briqadası ölkəmizə gəlib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, onların arasında beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu yer alıb.

Həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamalayaraq ölkəyə qayıdan 20 qazimizi və bir şəhid övladını müayinə ediblər. Qazilərimizin Türkiyədəki əməliyyatını da məhz həmin həkimlər həyata keçirib.

Həkimlərlə görüş zamanı onlara "YAŞAT" Fondunun təqvimi, plaketi və jurnalı hədiyyə olunub.

"YAŞAT" Fondu 2021-ci ilin fevral ayından etibarən həkim rəyinə əsasən qazilərimizin əməliyyat və müalicəsini qardaş ölkə Türkiyə Respublikasında həyata keçirir. Bu günə kimi 165 qazimiz Türkiyədə ixtisaslaşmış müxtəlif xəstəxanalarda əməliyyat və müalicə olunub, onlardan 119-u müalicəsini tamamlayaraq ölkəyə qayıdıb. Hazırda 46 ağır yaralı qazimizin müalicəsi Türkiyədə davam etdirilir. Onların sağlamlığı və digər ehtiyacları ilə bağlı məsələ Fondun nəzarətindədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.