Bakı şəhəri, Səbail rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisə olub.
Bu barədə Milli.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində sürücü başından yüngül xəsarət alıb, ölən yoxdur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.
Milli.Az