Bakıda təcili yardım avtomobili qəzaya düşüb, xəsarət alan var

12 Fevral 2022 13:32

Bakı şəhəri, Səbail rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisə olub.

Bu barədə Milli.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində sürücü başından yüngül xəsarət alıb, ölən yoxdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Milli.Az