Ölkə

3 hərbçinin qətlində ittiham olunan Elxan həbs edildi

4 Yanvar 2022 16:25
4 Şərh     Baxış: 5 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verildiyi kimi, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır.

Bu gün Elxan Əvəzliyə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilməklə Füzuli Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.