Ölkə

Bakıda kişi arvadını qətlə yetirdi - FOTO

4 Yanvar 2022 16:18
1 Şərh     Baxış: 2 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.