Ölkə

Azərbaycanda məşğul əhalinin sayı açıqlanıb

17 Dekabr 2021 12:42
0 Şərh     Baxış: 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin dekabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 302,4 min nəfər olub, onlardan 4 986,6 min nəfərini məşğul əhali təşkil edib.

Milli.Az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,96%, məşğul əhalinin sayı isə 2% artıb.

Cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 702,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 798,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 670,5 min nəfər çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.