Dünya

"Omikron" ştammı dünyanın 77 ölkəsində aşkarlanıb

14 Dekabr 2021 21:24
0 Şərh     Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun (COVİD-19) yeni "omikron" ştammının aşkarlandığı ölkələrin sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, yeni ştamm artıq dünyanın 77 ölkəsində qeydə alınıb.

"Omikron" heç bir variantda görmədiyimiz sürətlə yayılır", - deyə ÜST-nin baş direktoru bildirib.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.