Ölkə

Azərbaycanda media orqanlarına 5 illik vergi güzəşti tətbiq edilə bilər

9 Dekabr 2021 11:17
0 Şərh     Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində iş aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subkeytlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Ə.İsmayılov bildirib ki, bu istiqamətdə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə görüşlər keçirilib, müzakirələr aparılıb.

O bildirib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi üçün sənəd hazırlanıb.

Ə.İsmayılovun sözlərinə görə, sənəd 5 il müddətində media subyektlərinə vergi güzəştlərinin tətbiq olunmasını ehtiva edir: "Media subyektlərinin həm məfəət vergisi, həm ƏDV-dən azad edilməsi təklif edilir. Bir sıra nazirliklərin fikirləri var və bu istiqamətdə iş aparılır. Sənəd tam hazır olduqdan sonra müzakirələrə təqdim ediləcək", - deyə Ə.İsmayılov bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.