Məryəm Həsənova amerikalı ilə saxta nikaha girdi, ABŞ ordusunda xidmətə başladı və... - HƏBS OLUNDU - QALMAQAL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-da məhkəmə bu ölkənin vətəndaşı ilə saxta nikaha girən və daha sonra Birləşmiş Ştatlar ordusunda müqavilə əsasında xidmətə başlayan azərbaycanlı Məryəm Mövsüm qızı Həsənova barəsində həbs hökmü çıxarıb. virtualaz.org xəbər verir ki, Məryəm Həsənova özünü ona qarşı irəli sürülən ittihamlardan biri-viza ilə bağlı dələduzluqda təqsirli bilib. Məhkəmənin hökmünə əsasən Həsənova həbs cəzasını başa vurduqdan dərhal sonra ABŞ-dan Azərbaycana deportasiya ediləcək və Birləşmiş Ştatlar ordusundan aldığı 41 min 511 dollar maaşı geri ödəməlidir. Hökmü Həsənovanın əsgər kimi xidmət etdiyi Şimali Karolina ştatının məhkəməsi çıxarıb.
Şimali Karolina, tarixi məhkəmə binası
Məhkəmə sənədlərinə və digər məlumatlara əsasən, 35 yaşlı Məryəm Həsənova Azərbaycan vətəndaşıdır, Birləşmiş Ştatlara təhsil proqramı çərçivəsində gedib. Onun statusu 2014-cü ilin martında bitib və Həsənova ABŞ vətəndaşı ilə saxta nikaha girmək yolu ilə bu ölkədə qanuni yaşamaq icazəsi ("qrin kart") almaq niyyətinə düşüb. Bu məqsədlə gənc qadın ABŞ vətəndaşı ilə anlaşıb və ona 15 min dollar ödəyib. Həsənova və həmin ABŞ vətəndaşı 2015-ci ilin oktyabrında Nyu-Yorkda rəsmi nigaha giriblər.
Bundan sonra Həsənova və həmin ABŞ vətəndaşı Birləşmiş Ştatların vətəndaşlıq və immiqrasiya Xidmətinə (USCIS) saxta evlilik əsasında ərizə təqdim edərək Həsənovanın statusunun dəyişdirilməsini, ona ABŞ-da daimi yaşamaq icazəsinin verilməsini xahiş ediblər. Ərizə əsasında M.Həsənova və onun "əri" USCIS-ın ofisində söhbətə dəvət olunublar. Hər ikisi and içməklə əmin ediblər ki, evlilikləri könüllü xarakter daşıyır və həqiqidir.

Söhbətin nəticələrinə əsasən USCIS Həsənovaya ABŞ-da daimi yaşamaq icazəsi verib. O, "qrin kart" alandan sonra ABŞ ordusunda xidmətə başlayıb və maaşdan əlavə evli qadınlar üçün nəzərdə tutulan aylıq mənzil kirayəsi haqqı alıb.
Bütün bunları Şimali Karolina ştatının Şərq inzibati dairəsinin prokuroru Maykl F.İzli hökmün çıxarılmasından sonra bildirib.
ABŞ ordusunda qadınlar
"Həsənovanın ABŞ qanunlarından yan ötmək planları iflasa uğrayıb və indi o, öz hərəkətlərinə görə məsuliyyətə cəlb olunub", - Daxili Təhlükəsizlik Xidmətinin (HSI) Şimali Karolina və Cənubi Karolina ştatlarında əməliyyatları kurasiya edən xüsusi agenti Ronni Martines məhkəmədə bildirib. "ABŞ-ın immiqrasiya sisteminin bütövlüyünün müdafiə edilməsi həyati əhəmiyyət kəsb edir və HSI bu missiyaya prioritet diqqət ayırır", - o əlavə edib.
Məryəm Həsənovanın işini ABŞ-ın Milli Təhlükəsizlik Araşdırmaları Xidməti, Federal Təhqiqatlar Bürosu, Feyetvill şəhəri üzrə (Şimali Karolina ştatı) terrorçuluqla mübarizə Birləşmiş əməliyyat qrupu, ABŞ ordusunda cinayət araşdırmaları İdarəsi və USCIS-in dələduzluğa qarşı mübarizə və milli təhlükəsizlik Şöbəsi araşdırıb. Onun cinayət işi və barəsində çıxarılmış hökm barədə məlumat ABŞ-ın Ədliyyə Departamentinin rəsmi saytında yer alıb. virtualaz.org
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?





