"Nar" komandası "Breyn Rinq"də favoritlər liqasında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bazar günü İctimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn Rinq"in növbəti verilişi baş tutub.
Sayca iyirminci mövsümdür davam edən oyunların on ildir ki dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Yüksək peşəkarlıq və tərtibatla təşkil olunan oyunlara tamaşaçı marağı hədsizdir. "Bilik" kuboku uğrunda bu yarışın qalibi həm də maraqlı hədiyyələr qazanır. "Kapital bank" isə qalibə 3 min manat hədiyyə edəcək. Əvvəlki nəticələrə görə, "Nar", "BRİDGE" və "Gəncə" komandaları favoritlər sırasında yer alıb.
Xatırladaq ki, reytinq cədvəlində 20 komanda təmsil olunur. Bir reytinq xalı uğrunda yarışda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Naxçıvan Dövlət Universitetinin komandaları yarışıb. Gərgin və maraqlı oyunda sualların qoyuluşu və onlara verilən cavablar xsusi ilə maraqlı idi. Aparıcı Fatehin pəşəkarlığı isə oyunu daha da maraqlı edir. Oyunu yüksək xalla Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qalib gəlir.
Rəqib kimi "Şəki" komandasını rəqib götürən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası onların üzərində də uğurlu qələbə qazandı. Qeyd etmək lazımdır ki, müğənni Samirənin fasilədə ifa etdiyi mahnılar da yarışmaya xüsusi zövq verirdi.
"Kristal Holl"da keçirilən yarışda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin növbəti rəqibi "Nar" komandası olub. Yarışmada komanda üzvləri arasında müzakirələr də maraq doğurur. Gərgin və maraqlı şəraitdə keçən yarışda qalib gələn "Nar" favoritlər sırasında yerinə yenidən qayıdır.
Sonda vacib bir məsələni də qeyd etmək istərdik. Hörmətli "Breyn Rinq" izləyiciləri. Əgər siz də yarış həyəcanını hiss etmək istəyirsinizsə, onda hər həftənin birinci günü yazımızın sonunda qoyulacaq suala düzgün cavab verin və "Nar"ın xüsusi hədiyyəsini qazanın. Beləliklə, sual belədir.
Bir gün Rəsul Rza Səməd Vurğundan soruşur:
- Görəsən, gələcək nəsillər hansı şairləri yada salıb oxuyacaqlar?
Səməd Vurğun:
- Deyim də sənə: Nizami, Füzuli, Nəsimi, Seyid Əzim, Mirzə Şəfi Vazeh, Mikayıl Müşfiq, Əhməd Cavad,
Hüseyn Cavid, Almas İldırım, Cəfər Cabbarlı və s...
- Bəs bizi oxumayacaqlar?
Səməd Vurğunun cavabı belə olur: "Biz onda onun içində olacağıq".
Nəyin?
Ən tez suala cavab yollayan şəxs "Nar" mobil operatoru tərəfindən mükafat əldə edəcək. Sualın cavabını bu ünvana göndərin: [email protected]
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bilik" kuboku öz sahibini tapdı - "Kapital Bank" "Breyn Rinq"in qalibi oldu
-
“Breyn Rinq”in növbəti oyunu bazar günü İTV-nin efirində yayımlanacaq
-
"Breyn Rinq" yarışmasında maraqlı anlar - "Kapital Bank" "Gəncə" komandasına şans vermədi
-
“Breyn Rinq”in növbəti oyunu bazar günü İTV-nin efirində yayımlanacaq
-
"Nar" komandası "Breyn Rinq"in növbəti oyununun qalibi oldu
-
"Breyn Rinq" yarışmasında gərgin anlar - ADU-nun komandası hər kəsi şoka saldı
XƏBƏR LENTİ
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal





