Avto

Yapon əfsanəsi 259 min avtomobili geri çağırır - "Tormoz"u düzgün quraşdırmayıblarmış

18 İyun 2025 20:00
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın avtomobil nəhəngi Honda ABŞ-da 259,033 ədəd avtomobili geri çağırır.

Milli.Az bildirir ki, buna səbəb əyləc pedalındakı ciddi istehsal qüsurudur ki, bu da qəza və xəsarət riskini artırır.

Şirkətin məlumatına görə bəzi modellərdə əyləc pedalının qolundakı bir sancağın düzgün yerləşdirilməməsi pedalı yerindən çıxara bilər və bu da avtomobili dayandırmağı çətinləşdirir.

Geri çağırma 2021-2025-ci illərə aid Acura TLX, 2023-2025-ci illərə aid Acura MDX və Honda Pilot modellərinə şamil olunur. Təkcə Honda Pilot modelindən 184,253 ədəd avtomobil geri çağırmaya daxildir.

Honda bildirir ki, yalnız təxminən 1 faiz avtomobildə bu qüsurun olması gözlənilir, lakin şirkət ehtiyat məqsədilə bu addımı atıb.

Dilerlərə 13 iyun tarixində məlumat verilib. Avtomobil sahiblərinə isə iyulun 28-də məktub göndərilməsi planlaşdırılır. Təmir zamanı servis mərkəzlərində əyləc pedalı yoxlanacaq və lazım gələrsə, dəyişdiriləcək.

İslam
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.