Avto

“Tesla” 700 min avtomobilini geri çağırır

21 Dekabr 2024 10:46
Baxış: 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tesla" şirkəti avtomobilin təkəri üçün təzyiqə nəzərət sistemindəki xəbərdarlıq işığında yaranmış problemə görə 700 min avtomobilini geri çağırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının yaydığı açıqlamada problemin 2024-cü il istehsalı olan "Cybertruck", 2017-2025-ci illərin istehsalı olan "Model 3" və 2020-2025-ci illərin istehsalı olan "Model Y" avtomobillərində qeydə alındığı deyilir.

İlon Maskın rəhbərlik etdiyi şirkət problemi həll etmək üçün müştərilərə pulsuz proqram yeniləməsi təqdim edəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.