Böyük Britaniyada 2007-ci ilin "Range Rover" modeli hərraca çıxarılıb.
Milli.Az xəbər verir ki, Premium SUV Kraliça II Elizabetə məxsus olub və Əlahəzrət onu dəfələrlə idarə edib.
Avtomobilin 50-60 min funt sterlinq-ə satılması gözlənilir.
"Range Rover" Xüsusi Nəqliyyat Vasitələri bölməsi tərəfindən modifikasiya olunub, kraliça üçün xüsusi tutacaqlar quraşdırılıb və 272 at gücünə malik 3,6 litrlik V8 turbodizel mühərriki, 6 pilləli avtomatik transmissiyası var.
Avtomobilin yürüş məsafəsi 202.000 km-dir.
Milli.Az





