Kraliça Elizabetin “Range Rover”i hərraca çıxarıldı - FOTO

27 Oktyabr 2025 13:00

Böyük Britaniyada 2007-ci ilin "Range Rover" modeli hərraca çıxarılıb.

Milli.Az xəbər verir ki, Premium SUV Kraliça II Elizabetə məxsus olub və Əlahəzrət onu dəfələrlə idarə edib.

Avtomobilin 50-60 min funt sterlinq-ə satılması gözlənilir.

"Range Rover" Xüsusi Nəqliyyat Vasitələri bölməsi tərəfindən modifikasiya olunub, kraliça üçün xüsusi tutacaqlar quraşdırılıb və 272 at gücünə malik 3,6 litrlik V8 turbodizel mühərriki, 6 pilləli avtomatik transmissiyası var.

Avtomobilin yürüş məsafəsi 202.000 km-dir.

Milli.Az