Ermənistan

Ermənilər Zəngəzuru boşaldır - “Bir ildə Ermənistanı 110 min adam tərk edib” - Vahe Akopyan

24 Sentyabr 2021 18:48
0 Şərh     Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ermənilər kütləvi şəkildə Ermənistanı tərk edirlər. Son bir ildə artıq 110 min insan Ermənistanda yaşamaqdan imtina edib.

Milli.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri "Ermənistan" blokunun deputatı Vahe Akopyan deyib. "Ermənistandan mühacirət kosmik göstəricilərə çatıb. Əsasən də Zəngəzur (Sünik) bölgəsindən böyük köç başlayıb. Ermənistan hakimiyyəti kəndləri viran qoymağa davam etdiyi üçün, insanlar ümidlərini itiriblər".

Deputat həmçinin bildirib ki, insanlar ümidsizlikdən yaşadıqları yerləri tərk edirlər. Onun sözlərinə görə, belə getsə gələcək 10 ildə Ermənistanda əhali qalmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.