Bu gün Ermənistanda Araqatsot vilayətindəki Ovanavank məbədində hakimiyyət tərəfindən dəstəklənən, keşiş Stepan Asatryanın ibadət mərasimi keçiriləcək.
Milli.Az istinadən xəbər verir ki, Asatryan Ermənistan Apostol Kilsəsinin intizam komissiyasının qərarı ilə ruhani rütbəsindən məhrum edilib. Komissiyanın nəticələrinə və Araqatsotn yeparxiyasının rəhbərinin məruzəsinə əsasən, onun ictimai çıxışları Kilsəni və ruhaniyyəti nüfuzdan salıb. Bundan sonra Asatryan hökumətin kilsə strukturlarını tənqid edən siyasətini açıq şəkildə dəstəklədiyini bəyan edib. Eçmiədzin (red- Eçmiədzin (əvvəllər Vağarşapat) erməni xalqı üçün xüsusi yer tutan bir şəhərdir) bildirib ki, Asatryanın ibadət icra etməyə haqqı yoxdur və hakimiyyət onun addımlarını dəstəkləməklə Ermənistan Apostol Kilsəsində parçalanma yaratmağa çalışır.
Səhər tezdən baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə qara geyimdə canlı efirə çıxaraq bildirib ki, "Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib" və bu gün Ovanavankda keçiriləcək liturgiya bu mərhələnin başlanğıcını simvolizə edir. O deyib ki, kilsənin indiki iyerarxları "bizim müqəddəslərin müqəddəsi - Birinci Taxt Müqəddəs Eçmiədzini murdarlığın zəncirləri altında saxlayır".
"Eçmiədzinin azad edilməsi gündəliyi çoxdan yetişib", - deyə baş nazir bəyan edib. Paşinyanın sözlərinə görə, bu gün hər bir Ermənistan Apostol Kilsəsi nümayəndəsi və eləcə də ruhanilər seçim etməlidirlər. O, çıxışını Davudun birinci Məzmurunu oxuyaraq başa vurub.
Qeyd edək ki, ibadət 11:00-da başlayacaq. Ovanavank ərazisinə davamlı şəkildə yeni polis qüvvələri cəlb edilir, əraziyə nəzarət gücləndirilir. /APA
Milli.Az





