Ermənistan

Uşaq bağçalarını və məktəbləri hərbi məqsədlə istifadə ediblər - Human Rights Watch erməni rəzilliyini üzə çıxardı

20 Sentyabr 2021 09:40
0 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Human Rights Watch beynəlxalq insan təşkilatı bildirir ki, erməni qüvvələri sonuncu Qarabağ müharibəsi vaxtı bəzi məktəblərdən hərbi məqsədlər üçün istifadə edib və onları hücum üçün qanuni hədəfə çevrib.

Milli.Az qərb mediasına istinadən xəbər verir ki, bu məktəblər əsasən kazarma və hərbi hospital rolu oynayıb. Hesabatın müəlliflərindən biri Bill Van Esveld deyib ki, onların bir qism məktəblə bağlı araşdırma aparmaq imkanları olub:

"Hərbi hücumların necə həyata keçirilməsi ilə bağlı bütün dünyada keçərli olan bir sadə qayda var - mülkilərin mövcud olduğu və onların çox zərər görəcəyi yerləri hədəfə almamalısan. Bu halda isə məktəblərdən hərbi məqsədlə istifadə edilməsi, ətrafdakı mülkiləri hədəfə çevirə bilər. Bu halda biz çox narahatıq ki, əsgərlərini məktəbə yerləşdirməklə bir tərəf məktəbi digər tərəf üçün hədəfə çevirə bilər".

Pandemiya dövrü olduğundan məktəblərdə dərslər dayanıb, binada şagird və müəllim olmayıb. Bununla belə, Bill Van Esveld deyir ki, məktəbləri hədəfə çevirmək həm də müharibə bitəndən sonra onların yararsız vəziyyətə düşməsi ilə nəticələnə bilir.

Ermənistan hökuməti araşdırmalıdır

Human Rights Watch öz hesabatında bildirir ki, Ermənistan hökuməti məktəblərin hərbi məqsədlər üçün istifadəsini və talan edilməsini araşdırmalı və ya ən azından etiraf etməli və bu yöndə problemlərin həlli üçün çalışmalıdır. Hesabata görə, Ermənistan hakimiyyəti Azərbaycanın hücum etdiyi mülki obyektlərin, o cümlədən uşaq bağçaları və məktəblərin hərbi məqsədlə istifadə olunmasına dair məlumatları inkar edir. Amma sənədə görə müharibə vaxtı Qarabağda separatçı rejimin nəzarət etdiyi ərazidə azı 71 məktəb binası dağıdılıb. Keçənilki müharibə vaxtı Azərbaycanda da pandemiyaya görə dərslər dayanıb, məktəblərdə şagird və müəllimlər olmayıb. Hesabata görə, Azərbaycan tərəfdə 54 məktəb dağılıb və ya zərər görüb. Bir çox məktəblərin həyətinə Smerç raketləri düşüb. Bərdədəki 5 saylı məktəb belələrindəndir. Hücum nəticəsində beş mülki şəxs həlak olub.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.