Ermənistan

Ermənistan hərbçiləri müharibədə öz təyyarələrini vurublar - STTM

10 Sentyabr 2021 10:02
2 Şərh     Baxış: 2 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi (STTM) Qarabağdakı 44 günlük müharibə haqqında analitik məcmuə dərc edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qafqazda Fırtına" adlanan analitik məcmuə mərkəzin direktoru Ruslan Puxovun ümumi redaktəsi altında çıxıb.

Məcmuədə diqqət çəkən məqamlardan biri - müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd "Su-25" hücum təyyarəsi və bir helikopteri bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması olub.

Müəllif yazır ki, münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənistanın dörd "Su-25" hücum təyyarəsi və "Mi-8" helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. "Su-25" təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.

Puxov bunun bir çoxlarının xoşuna gəlməməsinə baxmayaraq, göstərilən faktların etibarlılığının yüksək səviyyədə olduğunu qeyd edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.