Ermənistan

Paşinyanı canlı efirdə təhqir edən hərbçi tutuldu

24 İyun 2021 17:18
0 Şərh     Baxış: 1 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2-ci Qarabağ Müharibəsində Azərbaycana qarşı döyüşən Artur Ayvazyan ("Rahib" ləqəbi ilə tanınır) həbs olunub. 

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki,bu haqda məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

O, xuliqanlıq maddəsi ilə ittiham olunub. İşin materiallarına görə, Ayvazyan canlı efirdə ölkənin hərbi-siyasi rəhbərliyini, baş naziri, seçkilər zamanı iqtidardakı partiyaya səs verən vətəndaşları təhqir edib. Həmçinin ciddi tədbir görməklə bu şəxsləri hədələyib. 

Qeyd edək ki, may ayının əvvəlində Ayvazyan dostları ilə birlikdə Tex kəndi yaxınlığındakı yolu bağlayıb və Zəngəzur mahalının (Sünik vilayəti) sərhədlərini qorumaq üçün silahlandırmalarını tələb edib.

Həmin vaxt polis 8 nəfərin hücumuna məruz qalıb, onların arasında Ayvazyan da olub. Lakin məhkəmə müstəntiqin onun haqda həbs tələbini təmin etməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.