Ermənistan

Ermənistanda ümumrespublika tətili elan olunub

21 Dekabr 2020 11:18
Baxış: 855
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanda dekabrın 22-dən ümumrespublika tətili elan edilib. Həmin gündən ölkə ərazisində təhsil dayandırılacaq, kütləvi vətəndaş itaətsizliyi başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə "daşnaksütyun"un təmsilçisi İşxan Saqatelyan məlumat verib. O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb. Bildirib ki, dekabrın 22-də saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yollar bağlanacaq.

Məlumat üçün qeyd edək ki, dekabrın 19-dan 21-dək Ermənistanda matəm elan olunub.

Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.