Ermənistan

Maskın şirkəti Ermənistanda lisenziya aldı

14 Dekabr 2024 07:41
Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası respublikada "Starlink" şəbəkəsinin fəaliyyəti üçün lisenziya verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın sənaye naziri Mxitar Ayrapetyan məlumat verib.

"Dekabrın 4-də və 13-də Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasında keçirilən iclasların qərarları ilə "Starlinkam" SC-nin Ermənistan Respublikası ərazisində fəaliyyəti ilə bağlı müraciətləri təmin edilib", - o, sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, müraciətlər ümumi istifadədə olan elektron rabitə şəbəkəsinin istismarına lisenziyanın verilməsi, qlobal peyk rabitə sistemləri tərəfindən idarə olunan ümumi elektron rabitə şəbəkəsinin təşkili üçün radiotezlik zolaqlarından təkrar istifadəyə icazənin verilməsi ilə bağlı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.