Ermənistan

"İrəvan blokadaya düşdü, Harris prezident olsa..."

29 Oktyabr 2024 10:59
Baxış: 1 745
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əgər Gürcü Arzusunun qələbəsi təsdiqlənsə, qısa müddətdə Gürcüstanla Qərb arasında gərginliyin qorunub saxlanacağı, hətta daha da dərinləşəcəyi göz qabağındadır. Bu bölgə rusiyayönlü bölgəyə çevriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Satik Seyranyan erməni mediasına geniş müsahibəsində deyib.

O bildirib ki, bu kontekstdə Ermənistanın qərbyönlü adaya çevriləcəyini və Gürcüstanın missiyasını öz üzərinə götürəcəyini düşünmək çox çətindir:

"Regionun ən zəif və ən həssas dövləti olan Ermənistan açıq-aşkar qərbyönlü ölkəyə çevrilə bilməz. Oriyentasiya Qərb olacaq, amma heç bir addım atılmayacaq. Noyabrın 5-də Amerikada keçiriləcək seçkilərdən çox şey asılıdır. Kamala Harris prezident olsa, ABŞ-ın regional siyasəti dəyişməyəcək və hətta bu şərtlər daxilində belə Ermənistan qərbyönlü adaya çevrilməyəcək. Qərb oriyentasiyasının şaxələndirilməsi müəyyən dəyişikliklərə məruz qalacaq. Paşinyanın Rusiyaya səfərləri, addımları həmin diversifikasiyanın məntiqi altındadır".

O xatırladıb ki, Ermənistan çox uzun müddət Avropa Birliyinə üzv olmayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.