Ermənistan

Aİ “müşahidəçiləri" erməni hərbçilərlə birgə keçmiş “Laçın dəhlizi” istiqamətində müşahidələr aparır - VİDEO

8 Oktyabr 2024 17:30
Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" son vaxtlar aktivləşiblər.

Bundan əvvəl mediada dövlət sərhədi yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Bir çoxları bunu Aİ və Ermənistanın Azərbaycana qarşı təxribat hazırlığı kimi qiymətləndirmişdi.

Bununla bağlı APA-ya yeni məlumatlar və görüntülər daxil olub. Məlumat və görüntülər narahatlığın əsassız olmadığını söyləməyə əsas verir.

Aydın olur ki, bu gün saat 13.10 radələrində "müşahidəçilər" Aİ-yə məxsus 2 ədəd "Toyota" markalı avtomobildə Ermənistan ordusunun hərbçilərinin müşayiəti ilə Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolun üzərində yerləşiblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.