Ermənistan

Rubinyan: İrəvan qısa müddət ərzində Bakı ilə sülh sazişi imzalamağa hazırdır

12 İyul 2024 14:04
Baxış: 1 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini davam etdirməyə və qısa müddət ərzində sülh sazişi imzalamağa hazırdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan BRİCS ölkələrinin X Parlament Forumu zamanı deyib.

R.Rubinyan bildirib ki, Ermənistan regional kommunikasiyaların açılması ilə beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmağa nəinki hazırdır, həm də maraqlıdır.

Onun sözlərinə görə, şübhəsiz ki, Cənubi Qafqazda böyük infrastruktur layihələri region ölkələri və s. üçün birləşdirici amilə çevrilə bilər: "Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası və açılması iqtisadi münasibətlər sisteminin dayanıqlı regional modelinin formalaşmasına gətirib çıxarmalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.