Ermənistan

"Ermənistan ərazisinin bir millimetri də verilməyib" - Simonyan

11 İyul 2024 14:39
Baxış: 1 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ermənistan ərazisinin bir millimetri də heç bir qonşu ölkəyə verilməyib".

Milli.Az unikal-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentin növbədənkənar sessiyasında deyib.

O, "Hayastan" fraksiyasının deputatı Artur Xaçatryanın çıxışına cavab verərkən bildirib ki, bu məsələ müzakirə edilmir və müzakirə oluna bilməz. 

Onun sözlərinə görə, Kirantsda bir ev, bir tövlə və bir anbar olub və bunun üçün sakinlərə razılaşma yolu ilə kompensasiya verilib: "Ümid edirəm ki, qonşu dövlətlə demarkasiya və delimitasiya prosesini yekunlaşdırıb başa çatdıracağıq. Ümid edirəm ki, bu, uğurlu olacaq və biz iki böyük fəlakətə - müharibəyə səbəb olan onilliklər boyu davam edən mübahisəyə son qoyacağıq". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.