Ermənistan

Bu, məğlubiyyət deyil, böyük qələbədir: 2 aya... – Paşinyan

22 May 2024 20:50
Baxış: 1 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tarixi və real Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi şəxsən mənim üçün çox ağrılı mövzudur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri mayın 22-də parlamentdə "hökumət saatı"nda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Getdiyimiz yol bizi konkret sərhədləri olan konkret dövlətə aparıb. Bu məğlubiyyət deyil, şüurumuzun hisslərimiz üzərində böyük qələbəsidir.

İndi Ermənistanda özəyini dövlət, suverenlik və müstəqillik təşkil edən dövlət ideologiyası formalaşır. Bu, Ermənistan vətəndaşları üçün tarixi nailiyyətdir. Kirantsda çəkilən yol sadəcə yol deyil, tarixi Ermənistandan real Ermənistana gedən yoldur. İki aya hazır olacaq", - deyə o qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.