Ermənistan

Erməni din xadimi: Koçaryan baş nazir postuna namizəd göstərilməyib

10 May 2024 13:48
Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanla onun baş nazir postuna namizədliyini heç vaxt müzakirə etmədiyini bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

O, Respublika meydanında çıxış edərək qeyd edib ki, R.Koçaryanın namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil.

Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları ortaya atıblar.

Keçmiş Ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürülə biləcəyi ilə bağlı suala arxiyepiskop müsbət cavab verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory