Ermənistan

Ermənistanda Koçaryanın əmlakının müsadirə olunması tələb edilir

29 Aprel 2024 14:17
Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Baş Prokurorluğu Robert Koçaryan və "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan da daxil olmaqla, ümumilikdə 7 nəfərə məxsus əmlakın müsadirəsini tələb edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə baş prokuror Anna Vardapetyan parlamentin Dövlət və hüquq məsələlər komissiyasının iclasında bildirib.

O deyib ki, söhbət on milyonlarla dollar məbləğində 25 ədəd daşınmaz əmlak, 5 ədəd nəqliyyat vasitəsi, Ermənistan daxilində və xaricdə fəaliyyət göstərən 16 şirkətdəki qiymətli kağızlar, eləcə də 89 milyon dollar məbləğində mənşəyi məlum olmayan pul vəsaitindən gedir.

Baş prokurorun sözlərinə görə, artıq məhkəmədə bununla bağlı iddia qaldırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.