Ermənistan

Ermənilər qovmuşdu, Azərbaycan isə... - Şevçenko

8 Aprel 2024 14:27
Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməniləri Qarabağdan heç kim qovmayıb. Azərbaycan dəfələrlə təminat verib ki, ermənilər Qarabağda yaşaya, mədəni və dini muxtariyyətə sahib ola bilərlər. Ona görə də ermənilərin Qarabağdan getmələri onların öz qərarları idi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko Ermənistanın "Van" radiosuna müsahibəsində deyib.

"Ermənilərin 90-cı illərdə Azərbaycandan getməsi böyük faciə idi. 300-350 min azərbaycanlının Ermənistandan getməsi böyük faciə idi. İnsanlar əsrlər, minilliklər boyu yaşadıqları vətəndən məhrum oldular. Birinci müharibə zamanı Qarabağda baş verənlər isə etnik təmizləmə idi. Əraziləri işğal edərək bu insanları sadəcə olaraq şərqə tərəf qovdular. Azərbaycan kəndləri, qəbirləri, məscidləri dağıdıldı. Bu, etnik təmizləmə idi. Etnik təmizlənmənin dayandırılması və insanların qovulduqları yerlərə qaytarılması mənə görə doğrudur. Etnik təmizləmə qorxunc cinayətdir. Fərq ondadır ki, 2023-cü ildə ermənilərə heç kim "buradan gedin" demədi, amma azərbaycanlılara "hələ imkanınız varsa, qaçın" demişdilər", - Şevçenko bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.