Ermənistan

Ermənistan parlamentində qapalı iclas - güc strukturlarının rəhbərləri...

25 Mart 2024 14:58
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın güc strukturlarının rəhbərləri Milli Assambleyada qapalı müzakirədə iştirak edir.

Milli.Az APA-ya istinadən bildirir ki, büdcə məsələlərinin müzakirə olunduğu iclasa müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və daxili işlər naziri Vahe Qazaryan qatılıb.

Sessiya açıq başlasa da, müdafiə naziri Papikyan məlumatların tam məxfi olduğunu bildirib və sessiyanın qapalı rejimdə davam etdirilməsini istəyib.

Milli Məclisin deputatı, müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan jurnalistləri anlayışla yanaşmağa və zalı tərk etməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.