Ermənistan

Ermənistanda təlimlər zamanı Rusiya əsgəri öldü

21 Mart 2024 18:53
Baxış: 1 212
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Şirak rayonundakı poliqonda keçirdiyi hərbi təlimlər zamanı 22 yaşlı rus əsgəri Roman Şaternikov həlak olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Rusiya Silahlı Qüvvələrinin hərbçisi boyun və gövdənin sol nahiyəsindən ölümcül güllə yaraları ilə Gümrü Tibb Mərkəzinə aparılıb.

Tibb işçiləri onu xilas edə bilməyib, yalnız hərbçinin ölümünü təsdiqləməklə kifayətləniblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.