Ermənistan

"Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir"

1 Fevral 2024 20:29
Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə maneə olan amili açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Baş nazir Ermənistanın İctimai radiosuna müsahibəsində bunu Ermənistanın Müstəqillik Bəyannaməsi ilə əlaqələndirib.

Paşinyan diqqətə çatdırıb ki, Qarabağın adı keçən Müstəqillik Bəyannaməsi sülhə maneədir.

"Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq", - deyə o vurğulayıb.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.