Ermənistan

Paşinyandan sərt qərar - “Komandası da bunu gözləmirdi”

10 Yanvar 2024 12:32
Baxış: 1 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyan komandasında ciddi "təmizlik işi"nə başlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti məlumat yayıb.

Nəşr iddia edir ki, Paşinyanın gözlənilməz qərarlarından sonra hökumətdə çaşqınlıq hökm sürür:

"Baş nazirin qərarları nazirləri və qubernatorları çaşdırıb.

2024-cü il hökumətdə qovulmalar paradı ilə başlayıb. Paşinyan bir-birinin ardınca yüksək texnologiyalar nazirini, Lori və Ararat qubernatorlarını, Şəhərsalma Komitəsinin sədrini işdən çıxarıb.

Nikol Paşinyanın bu kortəbii qərarları hakim "Vətəndaş Müqaviləsi" Partiyasının üzvlərini təəccübləndirib. Çünki mütəmadi olaraq müxtəlif vilayətlərin qubernatorları və nazirlərin işindən narazılığını bildirsə də, hakim partiya Paşinyanın kəskin addımlar atacağını düşünmürdü", - məlumatda bildirilir.

"Joqovurd"un məlumatına görə, Paşinyanın regional rəhbərliklər və hökumət kabinetində başladığı "təmizləmə" davam edəcək, yaxın gələcəkdə çoxsaylı ixtisarlar olacaq:

"İndi hamı onun növbəti hədəfinin kimin olacağını səbrsizliklə gözləyir.

Paşinyanın bu qərarları o qədər tələsik verilib ki, hakimiyyət işdən çıxarılan məmurların yerinə namizədlərin adlarını müzakirə etməyə belə vaxt tapmayıb, hazırda axtarışdadır".

Nəşr qeyd edir ki, Paşinyanın komanda yoldaşlarının dəfələrlə yol verdiyi qanun pozuntularına illər boyu göz yumduqdan sonra birdən-birə sərtləşməsi suallar yaradır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.