Ermənistan

Voskanyan tarixi xəritəni yaydı: Ermənistan budur - FOTO

6 Yanvar 2024 10:48
Baxış: 1 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranşünas kimi təqdim edilən Vardan Voskanyan Ermənistanın 29,8 min kv.km ərazisinin hələ də Azərbaycan tərəfindən tanınmadığını bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Bakının ünvanına kəskin ifadələr işlədən Voskanyan bir xəritə də paylaşıb və Azərbaycanın məhz belə bir Ermənistan görmək istədiyini deyib.

Voskanyanın ifadə tərzindən asılı olmayaraq, məsələ budur ki, sözügedən xəritə 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan Respublikasının real ərazilərini əhatə edir.

Görünür, Voskanyan özü də Ermənistanın ərazisinin hara qədər olduğunu yaxşı bilir və iranşünas olaraq anlayır ki, Göyçə, Zəngəzur, Vedibasar ərazilərini Sovet imperiyası 1920-ci il işğalından sonra Azərbaycandan qopararaq Ermənistana birləşdirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.