Ermənistan

Məhkəmə Robert Koçaryanla bağlı qərar verdi

27 Dekabr 2023 18:48
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı iddia müddətinin başa çatması ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmə Robert Köçəryanın sərhədi keçməsinə qoyulan qadağanın, eləcə də əmlakının üzərinə həbs qoyulmasının aradan qaldırılması barədə də qərar verib.

Bundan əlavə, məhkəmənin qərarı ilə girov pulu Koçaryana qaytarılıb.

Xatırladaq ki, Koçaryan 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.