Ermənistan

Paşinyan TŞ-nin iclasını keçirdi: Bakı ilə münasibətlər…

19 Dekabr 2023 22:20
Baxış: 2 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, iclasda TŞ üzvlərindən başqa Prezident Vaaqn Xaçatryan, parlamentin sədri Alen Simonyan, Baş nazirin Aparat rəhbəri Araik Arutyunyan, iqtisadiyyat naziri Vaan Kerobyan, parlamentin Xarici əlaqələr daimi komissiyasının sədri Sərkis Xandanyan və s. iştirak edib.

İclasda Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, Ermənistanın ərzaq təhlükəsizliyi, Ermənistan Silahlı Qüvvələrinin avtomatlaşdırılmış vahid idarəetmə sistemi və Ermənistanın təhlükəsizliyi ilə bağlı digər məsələlər müzakirə edilib.

Xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan, Baş Qərargah rəisi Edvard Asryan, iqtisadiyyat naziri Vaan Kerobyan və digər şəxslər məruzə ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.