Ermənistan

Paşinyan Makronla görüşdü

10 Noyabr 2023 07:47
Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyan Fransa lideri Emmanuel Makronla görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yelisey Sarayının yaydığı məlumatda deyilir.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə edilib.

Tərəflər Qranadada (İspaniya) qəbul edilmiş dördtərəfli bəyanatda Bakı-İrəvan münasibətlərinin tənzimlənməsinə dair müddəaların vacibliyinə toxunublar, mövcud məsələ ilə bağlı beynəlxalq birliyin yardımının əhəmiyyətini qeyd ediblər.

Bundan əlavə, Paşinyan Ermənistan-Fransa əməkdaşlığının bütün sahələrdə inkişafının vacibliyini bildirib. Tərəflər əməkdaşlığın dərinləşdirilməsi üçün ardıcıl fəaliyyəti təmin etməyə hazır olduqlarını bəyan ediblər.

Makron Fransanın Ermənistana gələcək inkişafında və mövcud problemlərin aradan qaldırılmasında yardımını əsirgəməyəcəyini bir daha vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan arvadı Anna Akopyanla birgə Fransada səfərdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.