Ermənistan

Babayan Ermənistanın Fransanın verdiyi silahla bağlı planını açıqladı

25 Oktyabr 2023 07:46
Baxış: 1 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransadan alınan silahların köməyi ilə biz tam şəkildə səmanı bağlaya bilərik.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş separatçıların İrəvana qaça bilmiş keçmiş nümayəndəsi Samvel Babayan deyib.

O bildirib ki, Ermənistanın hansı nəsil silahlar almasından xəbəri yoxdur:

"2021-ci ildə mən baş nazirə bu şirkətlə (Fransanın "Thales" şirkəti nəzərdə tutulur - red.) əməkdaşlıq haqqında yazdım. Bu fransız şirkəti çox yaxşı inkişaf etmiş elektronikaya malikdir: o silahlar PUA-ları sıxışdıra və onların əraziyə daxil olmasına mane ola bilər. Sevinirəm ki, Ermənistan nəhayət bu silahları almaq imkanına malikdir. Raket sistemi həm məhv etmək, həm də müdafiə üçün nəzərdə tutulub".

O iddia edib ki, 2020-ci il müharibəsindən sonra Rusiyadan heç bir yardım, silah alınmayıb:

"Ona görə də Ermənistan hava hücumundan müdafiə qüvvələrini təkmilləşdirmək və özünə uyğun silah seçmək qərarına gəlib. Onlar (Rusiya - red.) Ukraynada o qədər məşğuldurlar ki, silah tədarük edə bilmirlər və biz də gözləyə bilmərik".

O, Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin Fransa, artilleriya sistemlərinin, məsələn, Hindistan istehsalı olmasında problem görmədiyini də vurğulayıb.

Qeyd edək ki, Fransa Ermənistana "Thales" şirkətinin istehsalı olan 3 ədəd GM-200 HHM sistemi, həmçinin "Mistral" verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.