Ermənistan

Ermənistanın hakim partiyasında istefalar gözlənilir

23 Sentyabr 2023 18:16
Baxış: 1 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın hakim "Mülki Müqavilə" Partiyasının bəzi üzvlərinin siyasi təşkilatdan istefa verəcəyi gözlənilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Past" nəşri yazıb.

Bildirilib ki, bir çox siyasətçi baş nazir Nikol Paşinyanın siyasətindən narazıdır: "Mülki Müqavilə"nin bəzi üzvləri deyirlər ki, onlar ictimaiyyət qarşısına çıxmağa utanırlar".

Qeyd olunub ki, gələcəkdə partiyanın sıralarının seyrələcəyi istisna deyil.

Xatırladaq ki, son günlər Ermənistanda hakimiyyət əleyhnə aksiyalar keçirilir. Etirazçılar N.Paşinyanın istefasını tələb edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.