Ermənistan

Ermənistan öz ərazilərində yanğınlar törədərək Azərbaycanı ittiham edir VİDEO

3 Sentyabr 2023 12:53
Baxış: 1 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan növbəti avantüraya əl ataraq Azərbaycanla sərhəddən uzaq ərazidə qəsdən yanğınlar törədib.

Milli.Az report-a istinadən xəbər verir ki, ermənilər bunu guya Azərbaycan tərəfinin dron hücumu ilə bağlayır.

Qarşı tərəfin uydurma bəyanatına görə, yüzlərlə hektar ərazi yanğına məruz qalıb və hətta bu hücum nəticəsində Ermənistan ordusunun bir polkovniki də həlak olub.

Əldə etdiyimiz videogörüntülərdə isə bunun heç də dron hücumu olmadığı açıq-aydın görünür. Kadrlardan göründüyü kimi, bir adam boşluq sahədə özü yanğınlar törədir. Həmin adamın polkovnik və ya yanğınsöndürmə xidmətinin işçisi olub-olmadığı məlum deyil. Çox güman ki, o özü törətdiyi yanğının qurbanı olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.