Ermənistan

Ermənilərin 67 %-dən çoxu Paşinyana etibar etmir

4 Avqust 2023 15:40
Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan vətəndaşlarının 67%-dən çoxu ölkənin Baş naziri Nikol Paşinyana etibar etmir.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu barədə məlumatı "GALLUP Beynəlxalq Assosiasiyası"nın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Paşinyanın iyulun 25-i keçirdiyi mətbuat konfransını vətəndaşların 65%-i izləyib. O bildirib ki, respondentlərin 16,1%-i Baş nazirin cavablarına etibar etmək olarmı sualına müsbət cavab verib: "Belə ki, sorğu iştirakçılarının 14,5 faizi bu suala güman ki, etibar etdiklərini, 13,1 faizi etibar etmədiklərini, 54,4 faizi isə tamamilə etibar etmədiklərini bildiriblər. 1,8% isə cavab verməkdə çətinlik çəkib".

Bununla yanaşı, respondentlərin fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problemdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.