Ermənistan

Ermənilər dəqiq xəstədir: görün, nə yazırlar...

12 İyun 2023 14:15
Baxış: 1 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan siyasi leksikonunda son vaxtlar daha tez-tez səslənən "Qərbi Azərbaycan" termini erməniləri narahat etməyə başlayıb. Çünki özləri də bilirlər ki, Qərbi Azərbaycandakı tarixi yer adları, abidələr, məscidlər hamısı azərbaycanlılara məxsusdur və bütün bunlar ermənilərin gəlmə olduğunu sübut edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, buna cavab verməyə və azərbaycanlıların "iddialarını" təkzib etməyə çalışırlar və...

İranşünas, alim, ziyalı və s. epitetləri üzərində daşıyan Vardan Voskanyan yazır ki, bunu təkzib etmək çox asandır: "Azərbaycan dialektlərinin böyük əksəriyyətində binanın, evin özülü, təməli kimi "fundament" sözündən istifadə edilir; "fundament" isə təmiz erməni sözüdür, "him", "ximk" kimi erməni dialektlərində, o cümlədən İrəvanda işlənir.

"Fundament" sözü nəinki Azərbaycanın əksər dialektlərində, o cümlədən "işğal edilmiş erməni torpaqlarında" - Ordubad, Şərur, Naxçıvan, Kəlbəcər, Borçalı, o cümlədən Dağlıq Şirvanın mərkəzi Şamaxıda işlənir.

Ona görə də düşmənin (azərbaycanlıların) bizim ölkəmizə qarşı bu ambisiyaları "fundament"indən yalandır, "fundament" sözünün özü bunu təsdiqləyir".

Təsəvvür edirsinizmi hansısa bir alim, bir ziyalı bu cür məntiqsiz, gülünc ifadələr işlədə bilər?

"Fundament" - heç rus sözü də deyil, latın sözüdür, "fundamentum": binanın, evin özülü, təməli kimi işlənir. Rus dilinin hegemon olduğu zaman şifahi danışıqda işlənən rus sözlərindən biridir - bunun nə dialektə aidiyyəti var, nə şivəyə.

Rus lüğətində olan bu latın sözünə ermənilərin iddiasına cavab olacaq sözü isə tapa bilmirəm. İnsan hansı sifətdə, hansı həyasızlıqda olmalıdır ki, "fundament" sözünün ermənilərə aid olduğunu dilə gətirə bilsin.

Bu hələ ermənilərin iranşünasıdır, ekspertidir, alimidir.

Ən heyrətamizi odur ki, Voskanyanın bu səyləməsini erməni mediası ləzzətlə tirajlayıb, manşetə qaldırır.

Əmin olun ki, bunu yazan və gülünc sərsəmləməni tirajlayan toplum normal düşüncə tərzinə malik ola bilməz.

Bunlar yalan xəstəsidir, utanmaz-qızarmazdır, dedikləri sözün nə qədər gülünc olduğunu anlamadan israr edər və adamı heyrətə salıb, dilini lal edərlər...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.