Ermənistan

Babayan Paşinyanın deputatları ilə deyib-gülür – FOTO

21 Oktyabr 2023 23:29
Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağdakı keçmiş separatçı dəstənin keçmiş "rəhbərlərindən" olan, əli azərbaycanlıların qanına batmış Samvel Babayanın hakim Mülki Müqavilə Partiyasının deputatları ilə İrəvan küçələrində görünməsi sosial şəbəkələrin erməni seqmentində müzakirə yaradıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Babayanın hakim partiyadan olan deputatlar Andranik Köçəryan və Qurgen Arsenyanla "həddən artıq" səmimi olması, deyib-gülməsi son günlər baş verən proseslərin arxasında Baş nazir Nikol Paşinyanın dayandığı ehtimalını daha da gücləndirib.

Qeyd edək ki, bundan əvvəl Qarabağdan köçən bir qrup erməni keçmiş qondarma rejimin İrəvandakı "nümayəndəliyi" önündə aksiya keçirmiş, Samvel Şahramanyanı qondarma separatçı-terrorçu rejimi buraxan "fərman"ına görə sorğu-suala çəkmiş, onu təkzibə məcbur etmiş, hətta keçmiş "artsax administrasiyası"nın rəhbəri Karen Şahramanyanı döymüşdü.

Erməni mediası bu prosesin arxasında Samvel Babayanın durduğunu, onu isə Nikol Paşinyanın istifadə etdiyini yazmışdı. Guya bu prosesin "Qarabağdan köçən erməniləri parçalamaq olduğu" iddiası səsləndirilsə də, əslində bununla separatizmi yenidən dirçəltmə cəhdləri edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.