Ermənistan

Paşinyan Brüsseldə sülh müqaviləsinin imzalanması ehtimalını cüzi sayır

11 May 2023 12:09
Baxış: 1 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 14-də üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında deyib.

Paşinyan bu açıqlamanı bu gün Basarkeçər rayonunun Zod kəndi istiqamətində baş verən silahlı toqquşmaya münasibət bildirərkən deyib.

Bununla yanaşı, o, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab edir.

Paşinyanın fikrincə, ikitərəfli sülh və dövlətlərarası sazişin layihəsi hələ ilkin xarakter daşıyır. "Sazişi imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim sənədi mümkün qədər tez hazırlayıb imzalamaq istəyimiz var", o deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.